Azərbaycan gimnastları Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Dobrovolski” kubokunda 4 medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, tamblinq proqramında Mixail Malkin fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Adil Hacızadə və Aleksey Karataşov isə gümüş mükafata sahib çıxıblar.
Batut gimnastikasının sinxron proqramında çıxış edən Ammar Baxşalıyevlə Əli Niftəliyev üçüncü yeri tutublar.