Beynəlxalq turnirdə “gümüş”

post-img

Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampala şəhərində keçirilmiş “Future” seriyalı beynəlxalq turnirdə gümüş medala sahib olublar. 

Mübarizəyə 1/16 finaldan başlayan cütlük qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına kimi irəliləyib.

Fəxri kürsünün ən yüksək pilləsi uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria-Lim Xuan qoşasına hər iki setdə (18-21,17-21) məğlub olan badmintonçularımız gümüş mükafatla kifayətlənib.

Leyla QURBANOVA
XQ

İdman