AFFA-nın rəsmi saytına istinadən xəbər verilir ki, toplantıda milli assosiasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və Azərbaycan Premyer Liqası klublarının nümayəndələri iştirak ediblər.
İclasda daha məhsuldar və səmərəli fəaliyyət göstərməsi üçün Klublar Komitəsinin formatının yenilənməsinə dair təkliflər hazırlanması, növbəti toplantıda sözügedən təkliflərin müzakirə olunaraq AFFA rəhbərliyinə müraciət edilməsi qərara alınıb.