Ötən həftə ilə müqayisədə UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra 26-cı sırada yer alan ölkənin əmsalı 18,875-dir.
“Qarabağ” Çempionlar Liqasında Xorvatiyada “Dinamo” (Zaqreb) yığmasına 0:3 hesabı ilə məğlub olub.
“Zirə” isə UEFA Konfrans Liqasında Kiprdə “Omoniya”ya 0:6 hesabla uduzub.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.
L.QURBANOVA
XQ