PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər

post-img

Fransanın PSJ komandası sabiq futbolçusu Kilian Mbappeyə borcunu ödəmədiyi üçün Çempionlar Liqasından kənarlaşdırıla bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, parislilər klubdan ayrıldıqdan sonra 26 yaşlı hücumçunun maaşını ödəməyib.

Forvard 55 milyon avronun ödənilməməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasına və UEFA-ya müraciət edib.

Ölkə çempionuna transfer qadağası qoyulacağı, UEFA-nın lisenziyanı ləğv edəcəyi təqdirdə PSJ qitənin bir nömrəli klub turnirindən kənarlaşdırılacaq.

Qeyd edək ki, hazırda İspaniya təmsilçisi “Real Madrid”də çıxış edən K.Mbappe PSJ forması ilə 306 matçda 255 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman