Təşkilatçılığına görə, idman tarixinə ən bərbad Olimpiada kimi düşən “Paris-2024”də növbəti biabırçılıq yaşanıb.
Qalmaqal 92 kiloqram çəkidə idmançıların – gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin, qızıl medalın sahibi özbəkistanlı Lazizbek Mullojonovun, bürünc medalçılar ispaniyalı Emmanuel Reyes Pla və tacikistanlı Davlat Boltayevin mükafatlandırılması zamanı baş verib. Təşkilatçılar bürünc medalın sahibinin şərəfinə qaldırılmalı olan Tacikistanın bayrağı əvəzinə Tailandın bayrağını qaldırıblar.
Qeyd edək ki, Alfonso Azərbaycan boks tarixində ikinci gümüş medalın sahibi olub.