Bədii gimnastlarımız 5-ci yeri tutublar

post-img

Paris Olimpiadasının bədii gimnastika yarışlarında qrup hərəkətləri üzrə komandalar final mərhələsində mübarizə aparıblar. Bu mötəbər yarışda Azərbaycan yığması da medallar üçün mübarizə aparıb. 

Mükafatlar uğrunda 8 komanda gücünü sınayıb. Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə 31.600 xal toplayıb.

Daha əvvəl 5 halqa proqramında hakimlərdən 34.850 xal alan yığma iki hərəkətin cəmində 66.450 xalla 5-ci pilləni tutub. 

 

İdman