“Paris-2024”: Serbiya basketbol millisi bürünc medalların sahibi olub

post-img

“Paris-2024” Yay Olimpiya Oyunlarında kişilər arasında keçirilən basketbol turnirində bürünc medalların sahibi məlum olub.

AZƏRTAC xəbər verir ki, üçüncü yer uğrunda mübarizədə Almaniya və Serbiya komandaları üz-üzə gəliblər. Görüş serblərin 93:83 hesablı qələbəsi ilə başa çatıb.

Serbiya millisinin heyətində Nikola Jokiç 19 xal, 12 ribaund, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, final görüşü bu gün Fransa və ABŞ yığmaları arasında olacaq. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

İdman