14 yaşlı Olimpiya çempionu

post-img

Paris Yay Olimpiya Oyunlarında avstraliyalı 14 yaşlı idmançı Olimpiya çempionu olub. 

14 yaş 86 günlük olan Arisa Tryunun olimpiadada fəxri kürsünün ən yüksək pilləsində yer alması bu ölkənin tarixində ilkdir.  Skeydbordinq yarışlarında 15 yaşlı yaponiyalı Kokoni Hiraki və 16 yaşlı britaniyalı Skay Braunu qabaqlayan Arisa Olimpiya Oyunlarının tarixində 9-cu ən gənc qızıl medal qazanan idmançı olub.

Qeyd edək ki, olimpiadalar tarixində ən gənc Olimpiya çempionu adına Mardjori Qestrinq (ABŞ) layiq görülüb. O, 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunlarında  suyatullanma yarışlarında 13 yaş 267 günlük olarkən qalib olub.

İdman