Fransada saxta Olimpiya medalları satan şəxs həbs edilib.
“Le Parisien” nəşrinin məlumatına görə, cinayətdə şübhəli bilinən 39 yaşlı braziliyalı 11 saxta medalla yaxalanıb. Polis cinayətkarı Parisin 12-ci rayonunda Bersi küçəsində saxlayıb.
Onun kirayə tutduğu mənzilə baxış zamanı müstəntiqlər 198 ədəd ipli, 666 ədəd ipsiz medal, 655 ədəd qızıl-zinət əşyası və üzərində “Paris 2024” emblemi olan 727 ədəd medal ipi, həmçinin 1 340 avro nağd pul və saxta 500 avroluq əksinas aşkar ediblər.