Taekvondoçumuzun bayraq coşğusu

post-img

“Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Azərbaycan bayraqlarını tribunalarda gördükcə çox sevinirdim”. 

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan taekvondoçusu, “Paris-2024”ün gümüş medalçısı Qaşım Maqomedov (58 kq) bildirib.  O qeyd edib ki, Paris Olimpiadasında ən yaxşı formada olub:

“Qızıl medalı hədəfləmişdim. Əmin idim ki, rəqiblərimin hər birini məğlub edib qızıl medalla Vətənə qayıdacağam. Təəssüf ki, zədə səbəbindən alınmadı”. 

İdmançı zədələnməsinə belə münasibət bildirib:

“Rəqibim Olimpiya çempionu olmaq üçün var gücü ilə mübarizə aparırdı. O, məni bilərəkdən zədələmədi. Mən arxamı ona çevirdiyim zaman belimdən vurdu. Bu, normal hadisədir. Görüşdən sonra da o, buna görə məndən üzr istədi”. 

Qeyd edək ki, Qaşım “Paris-2024”də çempionluq uğrunda cənubi koreyalı Park Tae-Junla qarşılaşıb. Taekvondoçu ilk raundda zədələnərək ikinci hissədə döyüşü davam etdirə bilməyib və Olimpiadanı gümüş medalla başa vurub.

İdman