"Sky sport" və "Corriere dello sport"un məlumatına görə, italiyalı hakim Daniele Orsatonun ölkəsinin komandası vətənə qayıdıb.
Məhz bu hakim Almaniyada keçirilən Avropa çempionatının final oyununu idarə etməyə əsas namizəd hesab olunurdu. İndi əsas iddiaçılar polşalı Şimon Marçiniak və fransız Klement Turpendir. Ölkəsinin komandası yarımfinalda zəif çıxış edərsə, Turpen baş hakim təyin oluna bilər.