Yarımfinala biletlər ucuzlaşır

post-img

Almaniya millisinin Avro-2024-ü tərk etməsindən sonra İspaniya və Fransa arasında Münhen yarımfinal oyununa tamaşaçı marağı kəskin azalıb. Hazırda bilet satış platformasında nominal dəyəri 900 avro olan “Prime” kateqoriyalı biletlər 350 avroya, “Hospitality Club” kateqoriyalı biletlər 1200 avro deyil, 389 avroya, birinci kateqoriyalı biletlər isə 600 avro yox, 200 avroya satılır. 

UEFA-nın saytında üçüncü kateqoriyadan olan ən ucuz biletlər istisna olmaqla, bütün kateqoriyalar üzrə qalanını nominal qiymətlə əldə etmək olar. Onlar üçün qiymətlər əvvəlcə, 1/8 və 1/4 final matçları ilə müqayisə­də iki dəfə artırılmışdı. 

İdman