Aranda yağmursuz, dağlarda yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidro­meteorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 10-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb külə­yi əsəcək. Gecə 21-26°, gündüz 32-37° isti olacaq. 

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz olacaq. Abşeron çimər­liklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağış ya­ğacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehti­malı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 34-39°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya