Millimizdən 3-cü qələbə

post-img

Bakıda keçirilən çövkən üzrə dünya çempionatında Azərbaycan millisi növbəti qələbəsini qazanıb.

Binə Atçılıq Mərkəzində yığmamız Türkiyəni 5:0 hesabı ilə məğlub edib.

Millimiz 3 turdan sonra A qrupunda maksimum nəticə ilə liderlik edir. sonrakı pillələrdə Özbəkistan, Qazaxıstan, Türkiyə və Malta qərarlaşıblar. 

Xatırladaq ki, komandamız bundan əvvəl Qazaxıstan və Malta yığmalarını da eyni hesabla məğlub edib. 

L.QURBANOVA

XQ

İdman