Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-7 liderlərinin sammitində iştirak etmək üçün İtaliyanın Brindizi şəhərinə gəlib. Məlumatı “Anadolu” verib.
Hava limanında Türkiyə dövlət başçısını xarici işlər naziri Hakan Fidan, Türkiyənin Romadakı səfiri Ömər Güçük, Türkiyənin Vatikandakı səfiri Ufuk Ulutaş və Türkiyənin Romadakı diplomatik nümayəndəliklərinin əməkdaşları qarşılayıblar.
Türkiyə lideri ilə birlikdə həyat yoldaşı Əminə Ərdoğan, prezidentin təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç və Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin sədr müavini Çağatay Özdəmir də İtaliyaya səfər ediblər.
İtaliyada dövlət başçısı G-7 Liderlər Zirvəsi çərçivəsində təşkil olunacaq “Afrika və Aralıq dənizi: Süni intellekt və enerji” üzrə yüksək səviyyəli sessiyada iştirak edəcək. Türkiyə lideri həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək, mədəni tədbirlərdə iştirak edəcək və qeyri-rəsmi şam yeməyində iştirak edəcək.
P.ƏMİRCANOV
XQ