İdmançımız atçılıq yarışında uğurla çıxış edib

post-img

Azərbaycan təmsilçisi Aydın Əlibəyov “Maksima Masters” Avrasiya Kubokunda uğurla çıxış edib. 

Dövlət Sərhəd Xidmətindən “XQ”yə bildiriblər ki, Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə 2 gün davam edən yarışda 3 atla iştirak edən idmançımız cavan atlar arasında (5-7 yaş) yarışlarda 4 qızıl və “Prix Sant George” proqramı üzrə 1 bürünc medal əldə edib. Təmsilçimiz daha bir qızıl medala “İntermediate 1 Freestyle” proqramında sahib olub. 

L.QURBANOVA
XQ

İdman