Bədii gimnastlarımızdan Estoniyada uğurlu çıxış

post-img

Estoniyada keçirilən bədii gimnastika üzrə birinci “Tallinn Open” adlı beynəlxalq turnirdə böyüklər üzrə qrup hərəkətləri komandamızın üzvləri uğurla çıxış ediblər.

Belə ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla çıxışlarında iki qızıl medal qazanıblar.

Fərdi çıxışda milli komandamızın üzvləri İlahə Bahadirova qızıl (top), Gövhər İbrahimova qızıl (gürzlər) və gümüş (halqa), Şəms Ağahüseynova (lent) isə gümüş medala layiq görülüblər.

Leyla SABİRQIZI XQ

İdman