Karateçilərimiz 4 medal qazanıblar

post-img

Azərbaycan karateçiləri Rusiyanın Novosibirsk vilayətində keçirilən karate üzrə beynəlxalq turnirdə 4 medal qazanıblar.

Yığmamız kumite yarışlarında 3, katada usə 1 medal əldə edib. Ən yüksək nəticəyə 60 kq çəki dərəcəsində yarışan Əminağa Quliyev sahib olub. O, qızıl medal qazanıb. Onun komanda yoldaşları Hüseyn Məmmədli (67 kq), Murad Hacızadə (84 kq) bürünc medala layiq görülüblər. Kata üzrə isə Ramilə Heydərova gümüş medal alıb. 

Leyla SABİRQIZI XQ

İdman