Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, alman əsgərlərinin Litvaya göndərilməsi Rusiya üçün təhlükə yaradır və sərhəddə gərginliyi artırır. Onun sözlərinə görə, bu hərəkətlər Rusiyanın xüsusi təhlükəsizlik tədbirləri görməsini tələb edir.
“Bu, gərginliyi artırmağa davam edir, sərhədlərimizdə təhlükə ocağı yaradır və bizdən öz təhlükəsizliyimizi təmin etmək üçün xüsusi tədbirlər görməyi tələb edir”, – cənab Peskov jurnalistin Litvada alman hərbçilərinin yerləşdirilməsinə münasibət bildirmək xahişinə cavab verib.
Aprelin 8-də Almaniyanın müdafiə naziri Boris Pistorius təntənəli şəkildə 20 hərbi qulluqçudan ibarət ilk kontingenti Litvaya göndərib. 2024-cü ilin sonuna qədər Litvada bütöv bir döyüş tank briqadasının yerləşdirilməsi planlaşdırılır, qrupun tərkibi 150 nəfərə çatdırılacaq. Yanvarda Almaniyanın müdafiə naziri qeyd etmişdi ki, briqada Rusiyanın hücumu halında Litvada yerləşdirilir.
Almaniya və Litva arasında müqavilə 2023-cü ilin payızında imzalanıb. Daha sonra cənab Pistorius Panzerbrigade 42 adlanan hərbi birləşmənin 2027-ci ilə qədər təxminən 4,8 min əsgər və 200 mülki işçinin olacağını söyləyib. Onun əsasını tank batalyonu və mexanikləşdirilmiş zirehli piyada batalyonu təşkil edəcək.
S.ELAY
XQ