Cüdoçumuz Avropa kubokunda bürünc medal qazanıb

post-img

Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kuboku yarışında cüdoçumuz mükafatçılar sırasında yer alıb. 

Böyüklər arasında keçirilən yarışda Aytac Qardaşxanlı (63 kq) bürünc medal uğrunda görüşdə sloveniyalı Leila Mazouzini məğlub edib. 

Qeyd edək ki, yarışda ölkəmizi 6 qadın güləşçi təmsil edib. 

Leyla SABİRQIZI XQ

İdman