Azərbaycan bədii gimnastları Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-Pri yarışında qızıl medal qazanıblar.
Qrup hərəkətləri üzrə millinin üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Onlar 5 halqa ilə hərəkətlərin icrasında buna nail olublar.
Leyla SABİRQIZI
XQ