Bir qrup ABŞ təlimatçısı Ermənistana gəlib

post-img

Bir qrup ABŞ təlimatçısı ABŞ və Ermənistanın hərbi sahədə əməkdaşlığı çərçivəsində aprelin 1-də İrəvana gəlib. Bu barədə Ermənistanın Müdafiə nazirliyinə istinadən “Kommersant” məlumat yayıb. 

Məlumata görə, hərbu təlimatçılar aprelin 1-dən 5-dək Ermənistanda olacaq, ictimaiyyətlə əlaqələr və kommunukasiyalar sahəsində təcrübə mübadiləsi üzrə təlim keçirəcəklər.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyanın başçısı Ursula fon der Lyayen və ABŞ-nin dövlət katibi Entoni Blinken aprelin 5-də Brüsseldə görüşəcək, Ermənistanın Avroatlantik məkana inteqrasiyası şərtlərini razılaşdırmaqla bağlı müzakirəyə başlayacaqlar.

Bu günlərdə Ermənistan XİN başçısı A.Mirzoyan Avropa və ABŞ-ni ölkəsinin əsas tərəfdaşları adlandırıb. 

P.ƏMİRCANOV
XQ

Dünya