Dünya reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib

post-img

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bu ay üçün reytinq cədvəlində  Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki pillə irəliləyərək 2733 xalla 17-ci sıraya yüksəlib. 

Teymur Rəcəbov isə 2723 xalla 28-ci, Rauf Məmmədov 2651 xalla 85-ci yerdədirlər. Nicat Abasov isə ilk “100-lük”də yer almayıb. 

Qadın şahmatçılardan isə Günay Məmmədzadə 2436 xalla 34-cü, Gövhər Beydullayeva 2402 xalla 46-cı, Ülviyyə Fətəliyeva 2377 xalla 72-ci, Xanım Balacayeva 2371 xalla 77-ci, Gülnar Məmmədova 2352 xalla 99-cu pillədə qərarlaşıblar. 

Siyahıya 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlar arasında isə çinli Yifan Hou 2632 xalla liderdir. 

Leyla SABİRQIZI
XQ

İdman