Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Adil Osmanova uduzub.
Bununla da milli komanda yarışda ilk medalını əldə edib.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.