Basketbol millimizin qələbəsi

post-img

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində keçirdiyi 2-ci oyunda uğurla çıxış edib. 

Tahir Baxşıyevin baş məşqçisi olduğu koman­damız doğma meydanda Kosovo seçməsi ilə qar­şılaşıb. “Sərhədçi” İdman Mərkəzində keçirilən görüş millimizin 87:77 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Azərbaycan komandası qrupun ilk matçında səfərdə İsveçrəyə 53:72 hesabı ilə məğlub olmuşdu. Millimizin təsnifat mərhələsin­dəki digər rəqibi İrlandiya yığmasıdır.

Leyla SABİRQIZI
XQ

İdman