Gimnastımız “Paris-2024”ə reytinq xallarını artırıb

post-img

Azərbaycan gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya kubokunda qızıl medal qazanıb.

Olimpiya Oyunlarına lisenziya xarakteri da­şıyan yarışda qələbə qazanmaqla idmançımız 30 reytinq xalı əldə edib ki, bununla da o, Dün­ya kuboku seriyası vasitəsilə Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq şansını xeyli artırıb. Xatırladaq ki, Misirin paytaxtı Qahirə şəhərində fevralın 15-18-də keçirilən lisenziya xarakterli ilin ilk Dünya kubokunda Nikita Simonov 6-cı pillədə qərarlaşaraq 14 xal əldə etmişdi.

Leyla SABİRQIZI
XQ

İdman