Hava yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsə­cək. Gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şax­tadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 13-18°, gündüz 0-5° şax­ta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Q.QASIMOV
XQ

Ekologiya