Fiqurlu konkisürənimiz Avropa çempionatında

post-img

Yanvarın 10-da Litvanın Kaunas şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək. 

Bu nüfuzlu yarışda Azərbaycanı Vladimir Litvintsev təmsil edəcək. İdmançımız yanvarın 10-da qısa, 12-də isə sərbəst proqramda çıxış edəcək. 

Avropa çempionatı yanvarın 14-də başa çatacaq.  

Qeyd edək ki, Vladimir Litvintsev “Pekin-2022” Qış Olimpiya Oyunlarında iştirak edib. O, Azərbaycan millisinin bayraqdarı olub.

İdman