Nizami Kino Mərkəzində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimi olub.
Filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əks etdirilib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gələn film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.
Leyla SABİRQIZI
XQ