“Qarabağ” – “Hakken” biletləri satışda

post-img

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə İsveçin “Hakken” klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb. Qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sa­rayının kassalarından əldə etmək mümkündür. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Görüş dekabrın 14-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçi­riləcək.

Leyla SABİRQIZI
XQ

İdman