Azərbaycanın taekvondo komandası Sarayevoda keçirilən “Balkan Cup”da 2 qızıl medal qazanıb.
Bosniya və Herseqovinanın paytaxtında keçirilən yarışda qızıl medala Qaşım Maqomedov (63 kq) və Milad Beigi Harçeqani (+87 kq) sahib olublar.
Mübarizəyə 1/8 finaldan başlayan Qasım Maqomedov ardıcıl olaraq bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə italiyalı idmançını da məğlub edən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Dünya çempionu Milad Beigi Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularına qalib gələrək birinci yeri tutub.
Leyla SABİRQIZI
XQ