Azərbaycan karateçisi Elşanə Rüstəmzadə (50 kq) kyokuşin-kan növü üzrə keçirilən dünya çempionatında uğurla çıxış edib.
İdmançımız Qazaxıstanda böyüklər arasında keçirilmiş kyokuşin-kan üzrə dünya çempionatında bürünc medal qazanıb. Bu nəticə ilə o, böyüklər arasında dünya çempionatında medal qazanan ilk azərbaycanlı qadın karateçi kimi adını tarixə yazdırıb. Komandamızın digər üzvü, Cəmil Kazımlı isə 65 kiloqramdan yuxarı çəki dərəcəsində 3-cü yeri tutub.
Yeniyetmələrin yarışında isə 14-15 yaş qrupunda Nəzrin Hacıyeva (45 kq) dünya birinciliyinin qalibi olub.
Leyla SABİRQIZI
XQ