Kişilər arasında şahmatın rapid və blits növləri üzrə ən güclü idmançı müəyyənləşib.
Bakı Şahmat Klubunda təşkil olunan Azərbaycan çempionatında iştirakçılar əvvəlcə rapid, daha sonra blitsdə mübarizə aparıblar. İki yarışın yekununa görə, 11 xal toplayan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi adına layiq görülüb. Abdulla Qədimbəyli 9,5 xalla ikinci, Kənan Qarayev 9 xalla əlavə göstəricilərə görə 3-cü yeri tutub.
Qeyd edək ki, yarış dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyır.
Leyla SABİRQIZI
XQ