Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Buzovna qəsəbəsi ərazisində bir nəfərin üzlüyündə 850 manat pulu olan 3900 manat dəyərində 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini İ.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Bu barədə XQ-yə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Ələt qəsəbəsi ərazisində bir nəfərin cibindən 1800 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Vəlizadə saxlanılıb.
Bildirilib ki, araşdırmalarla onun qəsəbə ərazisindən bir nəfərin mopedini oğurlaması da müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
Rizvan FİKRƏTOĞLU
XQ