Baş Prokurorluqda media təlimi

post-img

Dünən Baş Prokurorluqda media subyektləri və jurnalistlər üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda təlim keçirilib.

Baş Prokurorluğun mətbuat xidmə­tinin əməkdaşları, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məm­mədli, Bakı Dövlət Universitetinin jur­nalistika fakültəsinin dekanı Vüqar Əliyev və müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin iştirakı ilə ke­çirilən təlimdə prokurorluq orqanların­da gerçəkləşdirilən kommunikasiya siyasəti barədə ətraflı məlumat verilib, işin səmərəliliyinin artırılması yönündə media nümayəndələrinin təklifləri dinlə­nilib, mövzu ətrafında qarşılıqlı fikir mü­badiləsi aparılıb. 

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb, belə təlimlərin davamlı olmasının zəruriliyi qeyd edilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər