Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışları və gənclər arasında 1-ci dünya çempionatında uğur qazanmış gənc gimnastlarımız Vətənə qayıdıblar.
XQ Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onu da əlavə edək ki, yığma komandanın üzvlərindən İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda gümüş, Aleksey Karataşov bürünc medal qazanıblar.
Elçin ABBASOV
XQ