Yaradıcı müəllimlər üçün müsabiqənin final turu keçirilir

post-img

"Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin final (şəhər) mərhələsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən müsabiqənin şəhər turunda müəllimlər müraciət etdikləri mövzunu münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edirlər.

Təqdimatların qiymətləndirilməsi zamanı əsas meyarlar kimi mövzunun aktuallığı, yeniliyi, nəzəri və praktik uyğunluğu, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə, nəticə və təkliflər nəzərə alınır. Hər bir meyar üzrə iştirakçıya 5 bal verilir. 

Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin müvafiq rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

Anar ƏLİ,

XQ

Elm