15-23 noyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək.
XQ Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atletin iştirak edəcəyi turnirə milli komandanın bir üzvü də qatılacaq.
Ölkəmizi 109 kiloqram çəki dərəcəsində Əli Şükürlü təmsil edəcək.
Elçin ABBASOV
XQ

