Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıblar

post-img

Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 4 medalla başa vurublar. 

XQ Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, yığma üzvləri turnirdə iki gümüş, 2 bürünc medal qazanıblar.

Bununla cüdoçularımız ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutublar.

Qeyd edək ki, Avropa Kubokunda Azərbaycan 7 çəki dərəcəsində 32 cüdoçu ilə təmsil olunub. Emil Səfərov (50 kq) və Kənan Sadıqov (66 kq) gümüş, Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) isə bürünc mükafata yiyələniblər.

Elçin ABBASOV

XQ

İdman