Zəfər Günü ilə bağlı yarış keçirilib

post-img

Stolüstü tennis üzrə Zəfər Gününə həsr olunmuş ölkə birinciliyi başa çatıb. 

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azər­baycan Stolüstü Tennis Federasiyasının təşkilatçı­lığı ilə “Şüa İdman Kompleksi”ndə keçirilən yarış­da paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı mübarizə aparıb. 

Gərgin rəqabət şəraitində keçən turnirdə qızlar arasında Yağmur Məmmədli ölkə çempionu adına layiq görülüb. Banu Baytallı ikinci, Leyli Məmmədo­va ilə Rüqəyya Qasımzadə üçüncü pillələrdə qə­rarlaşıblar. 

Oğlanların mübarizəsində ən yüksək nəticəni Onur Quluzadə göstərib. Şakir Qədirov ikinci, Vaqif Babayevlə Ruslan Kərimov üçüncü yerləri tutublar. 

Leyla SABİRQIZI 
XQ

İdman