MMA döyüşçümüz kəmərini qoruya bilməyib

post-img

“Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Bakıda “Landmark 7” turniri keçirilib. 

Gecənin əsas qarşılaşması Azərbaycan təm­silçisi Vüqar Kərəmovla (66 kq) yaponiyalı Çihiro Suzuki arasında keçirilib. 31 yaşlı MMA (Qarışıq Döyüş Sənəti) döyüşçümüz rəqibinə ilk raundda nokautla uduzub. Beləliklə, döyüşçümüz kəmərini qoruya bilməyib.

Komandamızın digər üzvlərindən Nəriman Abbasov (71 kq) Rusiya təmsilçisi Ali Abdulxaliko­va, Tural Rəhimov (71 kq) cənubi koreyalı Kyun Pyu Kimə məğlub olub. Mehman Məmmədov (57 kq) Türkiyə təmsilçisi Ferit Göktepe, Tofiq (71 kq) Musayev Yaponiya təmsilçisi Toji Takedaya qalib gəliblər. 

Leyla SABİRQIZI
XQ

İdman