Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo AVRO-2024-ün seçmə mərhələsinin J qrupunda qonaq olduqları Slovakiya ilə qarşılaşmada penaltini yerinə yetirərkən “Bismillah” deyib. Portuqaliyalı ulduzun bu hərəkəti futbolsevərləri təəccübləndirib və böyük marağa səbəb olub.
XQ xarici KİV-ə isitandən xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsinin J qrupunda evdə Slovakiya ilə qarşılaşan Portuqaliya ilk yarını 2 xallıq üstünlüyü ilə başa vuraraq, matçı 3:2 hesabı ilə qazanmağı bacarıb.
Portuqaliya 18-ci dəqiqədə Qonçalo Ramosun qolu ilə önə keçib, Ronaldo isə ikinci qolla səhnəyə çıxıb. 29-cu dəqiqədə qazanılan penaltini Kriştiano Ronaldo yerinə yetirib. Məhz həmin anda hər kəsin böyük təəccüblə izlədiyi bir görüntü ekranlarda əks olunub.
38 yaşlı ulduz futbolçunun penaltidən əvvəl "Bismillah, Bismillah" dediyi anlar kameralara tuş gəlib. Penaltini qola çevirən və fərqi 2-yə yüksəldən Ronaldonun kameraya əks olunan şəkli sosial mediada geniş yayılıb və böyük marağa səbəb olub.
Daha sonra 72-ci dəqiqə yenidən səhnəyə çıxan portuqaliyalı superulduz ölkəsini 3-1 önə çıxararaq alqışlarla qarşılanıb. Daha sonra Slovakiya matçın 80-ci dəqiqəsində Lobotkanın qolu ilə fərqi 1-ə endirsə də, görüş Portuqaliyanın 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu nəticədən sonra Portuqaliya AVRO-2024-də iştiraka zəmanət alıb.
XQ