Samboçular dünya birinciliyinə uğurla start veriblər

post-img

Komandamız 2 gümüş, 2 bürünc medal qazanıb

Oktyabrın 6-dan 9-dək Qırğızıstanın Bişkek şəhərində sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçirilən dünya birinciliyinə Azərbaycan komandası uğurla start verib.  

Yarışın birinci günündə yeniyetmələr arasında Ziyəddin Zeynallı (53 kq), Nicat Sultanov (71 kq), gənclər  arasında isə Sahib Babayev (58 kq) Səməd Şıxıyev (79 kq), Məhəmməd Məmmədzadə (+98 kq) güclərini sınayıblar. 

Təmsilçilərimizdən Sahib Babayev (58 kq) gümüş medal qazanıb. Nicat Sultanov (71 kq) gümüş, Ziyəddin Zeynallı (53 kq) bürünc mükafatlara layiq görülüblər.  

Samboçular milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın baş məşqçisi Bəxtiyar Hacıyevin rəhbərliyi altında  ölkəmizi təmsil edirlər.

Bu gün – yarışın ikinci günü yeniyetmələrin yarışında Sulhan Süleymanlı (79 kq) bürünc medala layiq görülüb. Komandamızın digər üzvləri – yeniyetmələr arasında Nicat İsmayılov (58 kq), Hacbaba İmaməliyev (+98 kq), gənclər arasında isə İlkin Şahgəldiyev (64 kq), Sadiq Zeynallı (88 kq) mübarizəni davam etdirirlər.  

 

İdman