Benyamin Netanyahu: İsrail müharibə vəziyyətindədir

post-img

İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü bəyan edib ki, onun ölkəsi artıq “müharibə vəziyyətindədir”.

“The Jerusalem Post” qəzeti xəbər verir ki, Benyamin Netanyahu açıqlamasında vurğulayıb: “Biz hərbi əməliyyatda deyil, müharibədəyik. Həmas İsrail dövlətinə və onun vətəndaşlarına qarşı qəfil ölümcül hücuma keçib". O əlavə edib ki, İsrail qüvvələrinə şəhər mərkəzlərini ölkə ərazisinə soxulmuş terrorçulardan təmizləmək, eyni zamanda, hərbi ehtiyatların geniş miqyasda səfərbər edilməsi əmri verilib. "Düşmənə bu təcavüzə görə görünməmiş bir cavab veriləcək", -deyə Baş nazir vurğulayıb.

İsrail Yayım Korporasiyası bildirib ki, müdafiə naziri Yoav Qalant müharibə vəziyyəti ilə bağlı təcili tədbirlər görülməsi üçün hazırlıqlar elan etdikdən sonra ehtiyat qüvvələrin səfərbər edilməsi xəbərini təsdiqləyib.

İsrail Yayım Qurumunun verdiyi məlumata görə, Qəzza zolağındakı fələstinli qruplaşmalar şənbə günü səhər saatlarında İsrailə güclü raket zərbələri endirdikdən sonra İsrail müharibəyə “hazırlıq vəziyyəti” elan edib. Raket atəşləri anklavın müxtəlif yerlərindən atılıb, lakin İsrailin “Dəmir qübbə” müdafiə sistemi onların bir çoxunun qarşısını alıb.

İsrail mediasının məlumatına görə, raket hücumu nəticəsində azı 20 israilli ölüb, 540-dan çox yaralı var.

Dünya