Dövlət Komissiyası: Vitali Balasanyan Natiq Qasımova müharibə qanunlarına zidd olaraq ağır və dəhşətli işgəncələr verib

post-img

Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımovun qorxmazlığı, qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan onu erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək qətlə yetirmişdi.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib.

Xatırladaq ki, Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak etmiş, çoxsaylı müharibə cinayətləri törətmişdi. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olmuşdu.

 

Son xəbərlər