Olaf Şolts: ''Türkiyə ilə əldə olunan miqrasiya sazişinin çox faydalı olduğuna inanıram''

post-img

Almaniya kansleri Olaf Şots Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında əldə olunan miqrasiya müqaviləsinin faydalı olduğunu bildirib.

“Anadolu” xəbər verir ki, Olaf Şolts İspaniyanın Qranada şəhərində keçirdiyi mətbuat konfransında deyib: ''Türkiyə ilə əldə olunan sazişin çox faydalı olduğuna inanıram. Bu səbəbdən Aİ Türkiyə ilə əldə olunan sazişin davam etməsi məsələsini müzakirə edir''. 

Kansler Şolts tranzit ölkələrlə daha çox əməkdaşlıq üçün xüsusi müqavilələr bağlamağın hər zaman zəruri olduğunu vurğulayıb.

Anar ƏLİ,
XQ

Dünya