“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun A qrupunda sonuncu oyununu keçirib.
Rumıniyanın “Rapid” komandası ilə qarşılaşan Azərbaycan çempionu 90:71 hesabı ilə qələbə qazanıb. Bununla da, Bakı təmsilçisi müntəzəm mövsümdə iştirak hüququna sahib olub.
Növbəti mərhələdə “Sabah” D qrupunda yarışacaq. Komandamız “Mornar” (Monteneqro), “Baxçaşehir” (Türkiyə) və “Nimbruk” (Çexiya) klublarına qarşı mübarizə aparacaq. Təmsilçimiz ilk oyununu oktyabrın 18-də səfərdə “Mornar” klubuna qarşı keçirəcək.
Leyla SABİRQIZI
XQ