Minifutbol yığmamızın qələbəsi

post-img

Minifutbol üzrə Azərbaycan milli komandası Türkiyədə yoldaşlıq görüşündə qələbə qazanıb. 

Belek bölgəsində təlim-məşq toplanışında olan yığmamız Antalyanın “Tuncay İdman Yurdu” koman­dası üzərində 4:3 hesablı qələbə qazanıb. 

Rəqib qapısından qolları yığmamızın üzvləri Təm­kin Xəlilzadə, Seymur Məmmədov, Bəxtiyar Soltanov və Samir Həmzəyev keçiriblər. 

Leyla SABİRQIZI
XQ

İdman