Hamıdan ucadır müəllimin yeri

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetində 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Müəllim ömrü” adlı tədbir keçirilib. 

Tədbirdə Univeristet rəhbərliyi, profes­sor-müəllim və tələbə heyəti ilə yanaşı elmi ictimaiyyətin nümayəndələri də iştirak edib.

Fakültənin dekanı dosent Reyhan Ağa­yeva müəllimlərin cəmiyyətin əsas hərəkət­verici qüvvəsi olduğunu və respublikamızda müəllimə ən ali dəyərin verildiyini diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən Elm və Təhsil Nazir­liyinin Akademik Yusif Məmmədəliyev adı­na Neft-Kimya Prosesləri İnstitutunun direk­toru, akademik Vaqif Abbasov qeyd edib ki, müəllim təkcə bilik öyrətmir, bəzən qayğıkeş ana, yolgöstərən ata, sirlərimizi bölüşəcəyi­miz yaxın dostumuz olur: “Müəllimlərimiz bizə cəhalətin qaranlığında mayak olan, hə­yatın enişli-yoxuşlu, bəzən fırtınalı yolla­rında əlimizdən tutandır. Onlar bizim parlaq sabahımızın təməlidir.”

44 günlük Vətən müharibəsində canla­rından keçən qəhrəman müəllimlərin əziz xa­tirələrinin anılmasından sonra tədbir “Müəl­lim andı” ilə sona çatdı.

***

Bakıdakı Rus evində Müəllimlər Günü “Çox sağ olun, müəllimlər!” adlı bayram konserti ilə qeyd edilib. Tədbirin solistləri Azərbaycan Dövlət Akademik Filarmoni­yasının “Gəncliyə dəstək” layihəsinin işti­rakçıları olublar.

Konsertdə Respublika və beynəlxalq müsabiqələrin laureatları Fərəh Əliyeva (fortepiano), İbrahim Abbasov (tar), Ayşən Umudova (fortepiano), Yasəmən Umudova (fortepiano), Nuray Cəbizadə (fortepiano), Nailə Növrəsli (vokal), Mələk Həsənli (pi­ano), Adnan Kərimli (zərb alətləri), Cəlalə İsmayılzadə (violonçel), Mirşah Növrəsli (vokal) və digərləri çıxış ediblər. Proqramda Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğ­lu, Müslüm Maqomayev, Vaqif Mustafazadə, İohann Ştraus, Yan Sibeliusun və başqaları­nın əsərləri səsləndirilib.

***

Naxçıvan Dövlət Universitetində Bey­nəlxalq Müəllimlər Günü təntənə ilə qeyd edilib.

Ali təhsil ocağında keçirilən məclisdə universitetin rektoru Elbrus İsayev profes­sor-müəllim heyətini peşə bayramı münasi­bətilə təbrik edib, şərəfli və məsuliyyətli fəa­liyyətlərində onlara uğurlar arzulayıb. 

Bildirilib ki, ölkəmizdə təhsilin inkişa­fının dövlət siyasətinin prioritet istiqamətlə­rindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata ke­çirilir. Ölkəmiz bu gün dünyada özünün müa­sir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. 

***

Gəncə Dövlət Universitetində Elmi Şuranın iclasında 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd edilib və profes­sor-müəllim heyətinə ən xoş arzular çat­dırılıb. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika bə­dii yaradıcılıq müsabiqə–festifalında Gəncə Dövlət Universitetinin tələbələrinin fəal işti­rakına görə Elm və Təhsil naziri Emin Əm­rullayev tərəfindən imzalanmış “Diplom”lar təqdim edilib. Sonra rektor Yusif Yusibov baş müəllimi Göyçək Pirverdiyevaya, Azər­baycan dili kafedrasının müəllimi Samirə Quliyevayaya, Ümumi riyaziyyat kafedra­sının baş müəllimi Kəmalə Qaybalıyevayaya Azərbaycan Respublikasının Prezidenti ya­nında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş fəlsəfə doktoru diplomlarını təqdim edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından və təhsil işçilə­rinin qazandıqları uğurlardan bəhs edilib. Ali təhsil ocağının ictimai həyatında yüksək fəal­lıq göstərdiklərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə univer­sitet rektorunun imzaladığı fəxri fərman və təşəkkürnamə verilib. 60-dan çox qabaqcıl müəllim isə pul mükafatı ilə təltif olunub.

***

Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü ilə əlaqə­dar keçirilən tədbirdə ali təhsil ocağının rektoru Rüfət Əzizov açaraq profes­sor-müəllim heyətinə ən xoş arzularını çatdırıb, onlara çətin və şərəfli işlərində uğurlar arzu edib.

Müəllimlərin peşə bayramında ölkədə aparılan çoxşaxəli təhsil islahatlarından ət­raflı danışılıb. Bildirilib ki, Sumqayıt Dövlət Universitetində də yüksək ixtisaslı müəllim hazırlığı həyata keçirir və peşəkar kadrla­rın yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirir. Pedaqoji ixisas üzrə təhsil alan tələbələrin m sertifikasiyadan keç­mələri üçün universitetdə tədrisin keyfiyyəti­nin yüksəldilməsi, müəllimlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması və digər vacib istiqamətlər əsas məqsədlər­dəndir. 

Sonra həmkarları Əməkdar müəllim, dosent Zəfər Hüseynovu uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, univer­sitetin ictimai işlərində fəal iştirakına görə və anadan olmasının 70 illik yubileyi münasi­bətilə təbrik ediblər. Ona fəxri fərman və pul mükafatı verilib. Qeyd edilib ki, ömrünün böyük bir hissəsini dəqiq elmlərin tədrisinə, bu sahənin araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən alim onlarla dərs­lik, dərs vəsaiti və çoxsaylı elmi məqalələrin müəllifidir.

XQ



Təhsil